Bazar , 11 Yanvar 2026
Drone Cameras

Fransada mağazalarda açıq qapılara görə cərimə tətbiq olunacaq

Fransalı nazir kondisionerli mağazaları qapıları bağlı vəziyyətdə saxlamağa çağırıb.


Fransanın Energetika naziri xanım Anyes Panye-Ryunaşe kondisionerlə təmin olunmuş mağazaların qapılarını örtməyi tələb edib, qanuna əməl etməyən sahibkarları cərimə gözləyir. Bu üsulla Fransa hakimiyyəti elektrik istehlakını azaltmağa çalışır.


Boyukmillet.com “The Guardian” nəşrinə istinadən xəbər verir ki, siyasətçi kondisionerin işlək vəziyyətdə olarkən qapıların bağlı olmaması səbəbindən elektrik istehlakının 20% artdığını bildirib.


Qanuna riayət etməyən sahibkarı 750 avroluq cərimə gözləyir. Yeni qayda bütün ölkədə tətbiq olunacaq.

Şəlalə Mustafazadə

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …