Fransada hakimiyyətin xəbərdarlıqlarına, sərt müdaxiləsinə, polis zorakılığına baxmayaraq, hökumətin yarıtmaz siyasətinə qarşı ayladır davam edən etirazlar davam edir.
Boyukmillet.com xəbər verir ki, Fransanın “Sarı jiletlilər”, Fransa Baş naziri Eduard Filip aksiyaların qadağan ediləcəyi açıqlaması və prezident Emmanuel Makronun Şanzelize prospektində bütün aksiyalara qadağan gətirməyə hazırlaşdığını bəyan etməsinə baxmayaraq, bu həftə də küçələrə çıxamağı hazırlaşırlar.
“Independent” yazır ki, fransız general Bruno Leray, “Fransainfo” radiosuna açıqlamasında, ordunun, həftə sonu paytaxt Parisdə “Sarı jiletlilər”in təşkil edəcəyi aksiyalarda asayişi bərpa etmək məqsədilə 5 əsgərlə polisə dəstək verəcəyini deyib.
Leray təhlükəsizlik qüvvələrinin, özlərinin ya da qoruduqları insanların həyatları təhlükə altında olarsa, atəş aça biləcəklərini deyib.
Fransız polisi də sabah “sarı jiletlilər”in aksiyasına icazə verilməyəcəyini və nümayişçilərin qarşısının alınacağını bildirib.
Fransız polisi sabah Şanzelize prospektində “Sarı jiletlilər”in aksiyasına icazə verilməyəcəyini, onları ətrafdakı əsas küçə və prospektlərdən uzaqlaşdıracaqlarını bildirib.
Qeyd edək ki, Fransada “sarı jiletlilər” keçən həftə də Prezident Emmanuel Makronun siyasətinə etiraz edərək, yenidən küçəyə çıxmışdı. Polis isə Parisdə nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə etmişdi.
Aksiya nəticəsində ötən həftə 192 nəfər saxlanılıb, 17 polis və 42 nümayyiş iştirakçısı yaralanıb.
Hökumətin açıqladığı rəqəmlərə görə, 4 aydır davam edən aksiyalarda 11 nəfər həyatını itirib, 2 mindən çox adam yaralanıb, 8 min 400-dən çox adam nəzarətə alınıb və 2 minə yaxın adam həbs edilib.