Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Fransada yüzlərlə insan vağzal binasına hücum edib

Marseldə 700 nəfər Sen-Şarl dəmir yolu vağzalını ələ keçirməyə cəhd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Le Figaro” polis orqanlarındakı mənbələrə istinadən bildirib.

Məlumata görə, polislər təxminən 700 nəfərin stansiyaya girməsinin qarşısını alıb. Gözyaşardıcı qazın tətbiq edildiyi bildirilir.

Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen Lekornunu təyin edib ki, bu da son iki ildə həmin vəzifəyə artıq beşinci təyinatdır. Müxalifət partiyaları etimadsızlıq votumları hazırlayırlar.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …