Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fransalı politoloq: “Gəncənin atəşə tutulmasını beynəlxalq ictimaiyyət qınamalıdır”

“Ermənistan Silahlı Qüvvələrinin Gəncəni atəşə tutması beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır”.

Bunu “Report”a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen deyib.

Onun sözlərinə görə, bu, ədalət məsələsidir və Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməlidir.

O bildirib ki, 2020-ci ildə Gəncənin mərkəzinə raket hücumları bir neçə xarici kütləvi informasiya vasitəsində xatırlanıb və müzakirə olunub: “Lakin bu, Rusiyanın Ukrayna şəhərlərinə hücumlarının tam əsaslandırılmış şəkildə pislənməsi ilə müqayisə oluna biləcək etiraz yaratmadı. Səbəblərdən biri diaspordakı erməni millətçiləri tərəfindən fiziki zorakılıqla hədələmənin sistematik praktikasıdır”. Politoloq buna misal kimi, 2020-ci ildə ermənilərin tərəfində vuruşan neonasist muzdlular haqqında yazdıqları üçün fransız jurnalistlərin açıq şəkildə ölümlə hədələnməsini göstərib.

M.Quenin sözlərinə görə, digər səbəb bir sıra ölkələrdə erməni diasporunun elektoral gücə malik olmasıdır.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə 5 dəfə – 4, 5, 8, 11, 17 oktyabr 2020-ci il tarixlərində raketlərdən və ağır artilleriya qurğularından atəşə tutub. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …