Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib

Fransanın Konstitusiya Şurası pensiya islahatını qismən qanuni hesab edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Eyni zamanda, Konstitusiya Şurası solçu partiyaların pensiya yaşının artırılmasının qadağan olunması ilə bağlı referendum keçirilməsinə dair vəsatətini rədd edib.

Konstitusiya Şurası, həmçinin pensiya islahatı ilə bağlı qanun layihəsinin bir sıra maddələrini, o cümlədən yaşı 55-dən yuxarı olan şəxsləri işə götürməkdən imtina edən şirkətlər üçün cərimələrin tətbiqi ilə bağlı müddəanı qeyri-qanuni sayıb.

Qeyd edək ki, pensiya islahatı Fransa həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli nümayişlərə və etirazlara səbəb olub.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …