Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fuad Muradov-“Heydər Əliyev Azərbaycanın xarici siyasi xəttinin qurucusudur”

Müstəqillik illərində Azərbaycanın xarici siyasəti. Atılan səhv və doğru addımlar. 70 il SSRİ kimi imperiyanın siyasi xətti ilə idarə olunan dövlətlərin müstəqillik əldə etdikdən sonra xarici siyasət xəttini formalaşdırmaq heç də asan olmadı. Ümumi siyasi analizi bir kənara qoyaraq gəlin ilk öncə Azərbaycanın Müstəqilliyinin ilk illərindəki xarici siyasət xəttinə nəzər salaq. Bəs Müstəqil Azərbaycanın xarici siyasət xətti necə formalaşdı? Nəzərə almaq lazımdı ki, müstəqillik illərində xarici siyasət kursuna aid olan kadrların çoxusu SSRİ məktəbi keçmişdi. Əfsuslar olsun ki, onlardan yenicə müstəqil olan ölkəmizin inkəşafı naminə doğru istifadə olunmadı. Əsasən də Xalq Cəbhəsinin hakimiyyəti dövründə. Bunun bir səbəbi də mövcud rəhbərlik ilə peşəkar kadrlar arasındakı şəxsi ədavət idi. Ətraflı yazaraq oxucu kütləsini yormamaq üçün sadəcə bir faktla kifayətlənmək istəyirəm: Vəfa Quluzadə məsələsi: İlk öncə qeyd edim ki, Vəfa Quluzadə Azərbaycanın ən peşəkar xarici siyasət üzrə bilicilərindən biri olub. O, hələ Əbülfəz Elçibəy hakimiyyətə gəlməsindən öncə Prezident Aparatında müşavir işləyib. Heydər Əliyev və Əbülfəz Elçibəy dövründə xarici siyasət üzrə dövlət müşaviri vəzifələrini icra edib. 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanmasında onun böyük rolu olub. Hələ Elçibəy dövründə ən böyük arzusu ABŞ-a səfir getmək olub. Elçibəy də buna razı olub. Ancaq o dövürdə xarici işlər naziri olmuş Tofiq Qasımovun razılıq verməməsi səbəbindən bu təyinat baş tutmayıb. Belə bir peşəkar kadra qarşı şəxsi ədavət müstəqillik dövründə xarici siyasət üzrə atılmış ən ciddi səhv idi. Ancaq mərhum Prezidentimiz, Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gələndə Vəfa Quluzadə onun təşəbbüsü ilə yenidən aktiv xarici siyasət idarəçiliyinə qaytarıldı. Emosional çıxışlar: Mərhum Əbülfəz Elçibəyin və onun hakim elitasında təmsil olunanların tez-tez səsləndirdikləri, “Türkün Türkdən başqa dostu yoxdur”, “İran ağlını başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll etməlidir”, “Rusiya ilə bizim haq-hesabımız hələ qabaqdadır” kimi diktə formasındakı çıxışları, regionun güclü dövlətlərinə qarşı təhdidlər yenicə müstəqil olan Azərbaycanın həm daxili, həm də xarici siyasətinə ciddi zərbə vurdu və ölkəni beynəlxalq problemlərlə üz-üzə qoydu. Müstəqil Azərbaycanın xarici siyasət xəttinin formalaşması və xarici siyasətin əsas prioritetlərinin qəbul olunması isə mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirildi. Bu uzun proses olduğu üçün, və zəngin xarici siyasət xəttini əhatə etdiyi üçün qısaca bəzi faktları qeyd etmək daha məqsədəuyğun olar:

  1. 1993-cü ildən başlayaraq daha əvvəl formalaşmış “müştəheblik” və “demokratik utopizmdən” xilas olaraq real praqmatik siyasət formalaşdırıldı.
  2. Erməni lobbisi, Rusiya və İranın təzyiqi ilə Azərbaycana qarşı olan siyasi sankisyalar aradan qaldırıldı. ABŞ, Fransa və İngiltərə ilə münasibətlər səhmana salındı.
  3. Xarici kəşfiyyat və xəfiyyə orqanlarının Azərbaycandakı fəaliyyəti ciddi nəzarətə götürüldü.
  4. Atəşkəs elan olundu. Ordu quruculuğuna başlanıldı.
  5. 1994-cü il 20 sentyabr “Əsrin Müqaviləsi” imzalandı.
  6. 1994-cü il 4 may Azərbaycan və NATO arasında NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı imzalandı.
  7. 1996-cı il 22 aprel Azərbaycan və Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması. Bu siyahını daha da uzatmaq olar. Bütün bu faktlar onu deməyə əsas verir ki, Heydər Əliyev Müstəqil Azərbaycanın xarici siyasət xətrinin qurucusudur

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …