Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ukraynada Ümummilli Lider Heydər Əliyev yad edildi

??Ukraynada ??Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-cü ildönümü qeyd edilib
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyev şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi qarşısında anım mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Ukraynadakı sabiq səfii Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi və fəlları, Ukraynada fəaliyyət göstərən Azərbaycan Ticarət evinin rəhbərliyi, Beynəlxalq Kempo Federasiyasının rəsmi nümayəndəsi, Ukrayna Kempo Federasiyasının fəxri prezidenti, əməkdar məşqçi Rauf İbrahimov. Dünya və Avropa çempionu Toğrul İbrahimli və Ukraynada təhsil alan azərbaycanlı tələbələr Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri və qızılgüllər qoyduqdan sonra tədbir iştirakçıları onun nurlu xatirəsi qarşısında baş əyiblər. Tədbirdə çıxış edənlər müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin şanlı həyat yolundan və geniş əhatəli yorulmaz fəaliyyətindən söz açıb.Vurğulanıb ki, parlaq siyasətçi və diplomat Heydər Əliyev həm də Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır. Ümummilli Lider çox mürəkkəb qlobal və regional durumda Azərbaycanın xarici siyasi kursunu, bu kursun prioritet istiqamət və prinsiplərini müəyyən etməyə müvəffəq olub, bununla da Azərbaycan dövlətçiliyinə misilsiz tarixi töhfə verib. Tədbirdə çıxış edən sabiq səfir Azər Xudiyev qeyd edib ki, Heydər Əliyevin kursuna əməl etməklə, onun tövsiyə və göstərişlərini yerinə yetirməklə, xarici siyasətdə böyük uğurlar əldə olunub.
Diplomat çıxışının sonunda Ukraynada yaşayan həmvətənlərimizi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, tarixi Vətənimizin tərəqqisi, çiçəklənməsi naminə azərbaycançılıq və vətənpərvərlik ideyalarını həyata keçirməyə, erməni işğalçılarına və təcavüzkarlarına qarşı qətiyyətlə mübarizə aparmağa çağırıb.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …