Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Füzulidə erməni hərbçilərin meyitləri aşkarlandı

İkinci Qarabağ müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni hərbçilərin meyitləri Fizuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.

Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …