Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.

Check Also

Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? – VİDEO

Darvazası bağlıdır. Amma, içəridə söküntü işlərinin aparıldığı elə kənardan da görünür… Bura Binəqədi rayonu, Biləcəri …