Şənbə , 27 İyul 2024
Drone Cameras

Gələn il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq

2024-cü il fevralın 17-dək növbədənkənar Prezident seçkilərinə yekun vurulacaq.

Boyukmillet.com-un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

Gələn il fevralın 17-dək MSK Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Check Also

2024-cü ilin altı ayında 3 mindən çox insan barədə Azərbaycana girişin məhdudlaşdırılması qərarı verilib

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 3 min 993 nəfərə …