Cümə axşamı , 2 Aprel 2020
Home » Cəmiyyət » Gəncədə iməcilik aksiyası keçirilib

Gəncədə iməcilik aksiyası keçirilib

Boyukmillet.com-un məlumatına görə Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında iməcilik aksiyası keçirilib. İməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər. Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə isə qazon səpilib.

Bununla yanaşı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb.

Qeyd edək ki, iməcilik aksiyası 2 gün davam edəcək. Bu cür iməcliklərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Check Also

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR.NAXÇIVANDA- DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİNDƏ KARANTİNƏ ALINAN SOYDAŞLARIMIZ YARADILAN ŞƏRAİTDƏN RAZILIQ EDİRLƏR. Dünyanı lərzəyə gətirən …