Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb – SİYAHI

Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi ən çox və ən az etibarsız sayılan məntəqələrin aid olduğu dairələrin adları məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu günədək Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq qərarı ilə ən çox Səbinə Xasayevanın lideri olduğu 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin, Fəzail Ağamalının lideri olduğu 60 saylı Salyan-Neftçala seçki dairəsinin və İmamverdi İsmayılovun lideri olduğu Zəngilan-Qubadlı seçki dairəsinin seçki məntəqələrinin nəticələri etibarsız sayılıb.

Belə ki, həmin dairələrin hər birində 11 seçki məntəqəsinin nəticəsi ləğv edilib.

Bu günə qədər ən az 8 saylı Binəqədi birinci seçki dairəsinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin, 25 saylı Nizami ikinci seçki dairəsinin, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin, 48 saylı Yevlax seçki dairəsinin, 82 saylı Ağcabədi seçki dairəsinin, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin və 107 saylı Qazax seçki dairəsinin seçki məntəqəsinin nəticəsi etibarsız sayılıb.

Həmin dairələrin hər birində 1 seçki məntəqəsinin nəticəsi etibarsız hesab edilib.

Onu da qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub.

Check Also

Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub

Laçında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində “Yaşıl infrastrukturun inkişafı təcrübəsi və …