Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Gələn il Avropa Parlamentində deputatların sayı artırılacaq

Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri ilkin olaraq Avropa Parlamentinin deputatlarının sayının artırılması ilə bağlı razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, gələn il keçiriləcək təkrar seçkilərdən sonra Avropa Parlamentində əlavə 15 deputat yeri mövcud olacaq. Dəyişiklik Avropa Şurası və Parlamentinin özü tərəfindən hüquqi təsdiqini tapdıqdan sonra deputatların sayı 705-dən 720-yə çatacaq.

Bu qərardan ən çox Fransa, İspaniya və Niderland faydalanacaq, çünki bu ölkələrin hər biri Avropa Parlamentində iki əlavə mandat alacaq.

Yerlər əhalinin sayındakı dəyişiklikləri nəzərə alan, lakin Aİ-nin ən kiçik üzv dövlətlərini bir qədər üstələyən hesablamaya əsasən bölüşdürülür.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …