Çərşənbə , 1 May 2024
Drone Cameras

Gəncə şəhərində əlillər üçün dəyirmi masa keçirilib

“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində II-Dəyirmi Masa keçirildi
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində II- Dəyirmi Masa aprel ayının 25-də Gəncə şəhrində təşkil olundu. Dəyirmi masanin davamlı olaraq həyata keçirilməsində məqsədimiz dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirləri üçün yerli fəaliyyət planlarının hazırlanmasıdır. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparıldı.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova dəyirmi masanı açıq elan etdi və layihənin fəaliyyəti, görülən işlərin nəticələri, birinci dəyirmi masadan sonra həllini tapan problemlər haqqında iştirakçılara geniş məlumat verdi. Tədbir zamanı iştirakçılar əlilliyi olan qadın və qızların ictimai yerlərdə qarşılaşdığı problemlər və onlara qarşı ayrıseçkiliklər və onların həll yolları haqqında geniş müzakirə edildi. Dövlət qurumlarından ibarət yaradılan Koordinasiya Şurasının müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər dinlənildi. Üzvlərin vəzifələri bir daha müzakirə olundu. Dəyirmi masa iştirakçılarına bir daha Koordinasiya şurasının məqsədi layihənin əsas benefisiarları olan əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsi haqqında məlumatlar verildi.
Qeyd etmək lazımdır ki, əlilliyi olan qadın və qızlar öz hüquqlarından daha az məlumatlıdırlar. Bu səbəbdən də qarşılaşdıqları problemlərini həll edə bilmirlər. Həyata keçirdiyimiz layihənin mahiyyəti onların həyatında yeniliklərə nail olmaları üçün dəstək proqramıdır. “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin əsas məqsədi yoxsul ailələrdən o cümlədən məcburi köçkün olan əlil qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərlə əliliyi olan qadın və qızların üzləşdiyi problemlərin ictimailəşməsi təşkil edilir. Onların cəmiyyətdə qarşılaşdıqları problemilərin öyrənilib təhlil edilməsi, həlli yollarının tapılması, həll edilməsi, bu kateqoriyadan olan şəxslərin üzləşdiyi subyektiv səbəblərin aradan qaldırılması üçün maarifçi xəttin aparılması ardıcıllıqla təmin edilir. Sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqların öyrədilməsi layihənin əsas istiqamətlərindəndir.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.                                                                           

“Əlil Qadınlar Cəmiyyəti”İB Mətbuat xidməti

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …