Cümə , 10 May 2024
Drone Cameras

“Gənc Psixoloqların İNKİŞAF Proqramı” layihəsinə start verilib.

Yeni biliklər əldə edərək özünü inkişaf etdirmək istəyənlər üçün “Gənc Psixoloqların İNKİŞAF Proqramı” layihəsinə start verilib.

Boyukmillet.com xəbər verir ki, layihənin əsas məqsədi regionlarda çalışan gənc məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaqla, məktəblilərin fərdi və kollektiv psixoloji vəziyyətinin dəyərləndirilməsi, aparılmış dəyərləndirməyə uyğun olaraq psixoloji işin təşkili, valdeyinlərlə işin təşkili, müəllim – şagird münasibətlərinin psixoloji tənzimlənməsinin həyata keçirilməsi və nəticələrin təhlilinin aparılmasının təmin edilməsidir.Layihə çərçivəsində Məktəb psixoloqlarına, Hüquq və vəzifələri barədə məlumat vermək, Psixodiaqnoztika(diaqnostik qiymətləndirmə) metodlarının öyrədilməsi, İnkluziv Təhsil haqqında geniş informasiya vermək, Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş qaydasının öyrədilməsi, Risk qrupuna aid olan uşaqlarla işin təşkilinin öyrədilməsi Valideynlərlə işin təşkilinin öyrədilməsi, İntihara gətirib çıxaran psixoloji problemləri, davranış pozuntuları, qorxuları və digər psixoloiji problemləri olan uşaqlarla işin təşkilinin öyrədilməsi. Mövcud psixoloji problemlərin aşkarlanması metodlarının öyrədilməsi, aşkarlanmış problemlərin həlli istiqamətində müəllim kollektivi, valideynlər və digər şagirdlərlə işin təşkilinin öyrədilməsi reallaşacaq.Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir. Layihənin icra müddəti: 13-14 fevral 2023-cü il tarixidir.Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Goranboy Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin (@goranboy_gencler_evi )təşkilati dəstəyi ilə həyata keçirilir.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …