Çərşənbə , 16 Aprel 2025
Drone Cameras

“G7” dövlətləri İrana PUA-larla bağlı çağırış edib

“Böyük yeddilik” (“G7”) ölkələrinin liderləri İranı Ukrayna ilə münaqişədə Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə sammitin yekunlarına dair kommünikedə məlumat verilib.

Sənəddə qeyd olunub ki, İran pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə verilməsini dayandırmalıdır.

“G7” ölkələri İranın davamlı sabitliyi pozan fəaliyyətlərindən, o cümlədən raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və əlaqəli texnologiyaların BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq dövlət və qeyri-dövlət aktorlarına və proksi qruplara ötürülməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bir sıra ABŞ konqresmenləri tərəfindən administrasiyanı İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalı proqramlarını dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edən qanun layihəsi təqdim edilib.

Check Also

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa …