Belçikanın “Gent” komandası “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı paylaşım edib.
Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.