Bazar , 22 Dekabr 2024
Drone Cameras

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb

Sentyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və AMEA Şərqşünaslıq İnstitutunun kollektivləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət edib, önünə əklillər qoyaraq, əziz xatirəsini ehtiramla anıblar.

 

Trend-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını qeyd edib.

H.Hüseynova 24 il öncə dünyasını dəyişmiş görkəmli alim Aida xanım İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.

Aida İmanquliyevanı Azərbaycan qadınının simvolu hesab edən H.Hüseynova qeyd edib ki, Aida xanım Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın olub. O, özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

G.Baxşəliyeva bildirib ki, Aida xanım ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub: “Onun bir çox monoqrafiyaları, kitabları, tərcümələri, məqalələri işıq üzü görüb. Aida xanım öz əsərləri ilə daim insanların qəlbində yaşayacaq”.

Anım mərasimində tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir