Çərşənbə , 11 Noyabr 2026
Drone Cameras

Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb

Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.

Məlumata görə, hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır/Report.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …