Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb 

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Boyukmillet.com xəbər verir ki, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Əlillik təqaüdləri düzəltmək adı ilə 30 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Vətəndaşlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər …