Çərşənbə , 12 Mart 2025
Drone Cameras

“Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır”

“Ölkədə QHT-lərin inkişaf etməsinə normal baxıram. Görülən işlərə əhəmiyyətli baxmalıyıq. Amma elə 51 QHT yoxdur ki, Qərbi Azərbaycanla bağlı sanballı layihə ortaya qoysun. Mənim bununla bağlı şübhəm var”. 

Boyukmillet.com xəbər verir ki, bunu deputat Elşad Musayev Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə bildirib. 

“Vaxtilə Xankəndi məsələsində hamı deyirdi ki, reinteqrasiya olaq, biz dedik ki, onların burada yaşamaq hüququnu özləri əllərindən alıblar, gedirlərsə, getsinlər. Biz haqlı çıxdıq. 20 il əvvəl Qarabağ məsələsini ortaya qoyanda, xülya kimi baxırdılar. Deyirdilər ki, Qəbi Azərbaycan gedib, Qarabağ da getdi. Ona görə də bu məsələri gündəmə gətirməkdən qorxmamalıyıq. 

Erməni bizim torpağımızı işğal altında saxlayır, yenə iddiaları var, biz isə burada ütülü danışırıq. Xeyr, elə şey yoxdur. Onlar da bilməlidir ki, biz heç bir hüququmuzdan, keçmişimizdən, tarixi torpağımızdan imtina etməmişik. 

Bundan başqa, görülən işlərlə bağlı məsləhətləşmək lazımdır. Yoxsa istənilən adam gedib hansısa kənddə aşıq filankəsin yaradıcılıq gecəsinə baxıb deyir ki, buna pul ayırın. Bu məsələlərdə dövlətin vəsaiti var, biz də bunları hesablamalıyıq. Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır. Bundan başqa, xaricə gedib 5-10 azərbaycanlını yığıb tədbir keçirməyin nə mənası var?!”, – deyə deputat bildirib.

Check Also

ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirib

ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatlarından sonra “NASDAQ 100” texnologiya indeksinin …