Şənbə , 14 Sentyabr 2024
Drone Cameras

Gürcüstan hakimiyyətinin Ermənistan yönümlü layihəsi Azərbaycan gürcülərinin də hiddətinə səbəb olub – MÜSAHİBƏ

Giya Paçxataşvili: “Gürcü və Azərbaycan xalqları əl-ələ verib tarixin ağ ləkəsi olan Avaqyanın o abidəsinin götürülməsinə nail olacaqlar”

img

“Bir gürcü zıyalısı kimi, ağı qaradan seçməyi bacaran bir insan olaraq Gürcüstanda Avaqyan kimi qatilə büst qoyulmasını birmənalı olaraq pisləyirəm”
“Təəssüf ki, onların arasında azərbaycanlı deputatlar da var və onlar bu məsələyə…”

 

Gürcüstanın Akalkalaki bölgəsində əli yüzlərlə azərbaycanlının və gürcünün qanına batan cani Mixail Avaqyana bust qoyulması yalnız Azərbaycan dövlətinin, Gürcüstanda yaşayan soydaşlarımızın narazılığına səbəb olmayıb, ölkəmizdə yaşayan gürcülər də Gürcüstan hökumətinin bu qərarına müsbət yanaşmırlar.

Tanınmış gürcü əsilli şair-jurnalist, bədii tərcümə ustadı Giya Paçxataşvili də (Givi) Gürcüstanda Avaqyana bust qoyulmasını etirazla qarşılayır.

– Giya müəllim, Axalkalakidə daşnak ideologiyasının daşıyıcısı, Abxaziya münaqişəsi zamanı gürcülərə, Dağlıq Qarabağ müharibəsində isə azərbaycanlılara divan tutan, yüzlərlə insanı qanına qəltan edən bir caniyə – Mixail Avaqyana bust qoyulmasını necə qarşılayırsınız?

– Bu məsələ artıq bir aydan artıqdır ki, gündəmdədir. Təbii ki, bu hadisə millətindən, dini kimliyindən asılı olmayaraq, hər bir vicdanlı insanı narahat edir. Heç şübhəsiz ki, bir gürcü zıyalısı kimi, ağı qaradan seçməyi bacaran bir insan olaraq Gürcüstanda Avaqyan kimi qatilə büst qoyulmasını birmənalı olaraq pisləyirəm. Cani Avaqyanın büstünün 20 Yanvar günündə qoyulması təkcə Azərbaycanın deyil, Gürcüstanın da kürəyinə saplanmış bir bıçaqdır. 20 Yanvardan əvvəl Gürcüstanda qanlı 9 Aprel hadisəsi baş verib. Biz bilirik ki, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlıların və gürcülərin başına açmadıqları oyun qalmayıb. O vaxt Çavçavadze, Ramişvili və başqa gürcü xadimləri dəfələrlə deyiblər ki, ermənilərlə qonşuluq nə gürcülərə, nə də azərbaycanlılara fayda verməyəcək. Onda ermənilər bizim bölgəyə yeni köçürülmüşdü.

– Sirr deyil ki, Msxeti-Cavaxeti bölgəsi Ahıska türklərinin taixi vətənidir. Məlumdur ki, erməni fitnəsi ilə onlar öz doğma yurdlarından didərgin salınıblar, onlara məxsus ərazilərə isə ermənilər köçürülüb. Bir sözlə, ermənilər o torpağı zəbt edib və burada öz daşnak əməllərini həyata keçiriblər. Bu bir tarixi reallıqdır.

– Haqlısınız. Sovet hökuməti gəldikdən sonra Ahıska türklərini öz doğma yurdlarından didərgin saldılar, Qərbi Azərbaycandan da azərbaycanlıları qovdular. Demək istəyirəm ki, həmin ermənilərdir, həmin siyasətdir. Təəssüf ki, gürcüləşmiş ermənilər hakimiyyətə gəldilər. İvanaşvilinin “Gürcü arzusu” partiyasından parlamentdə təmsil olan xeyli sayda deputat erməni əsillidir. Onlar gizlətsələr də, onların antropoloji görkəmləri və naqis əməlləri bunu sübut edir. Nəticədə həmin bölgədə belə bir büstün qoyulması həqiqətən də qəbuledilməz məsələdir. Çünki o caninin əməlləri ən yaxın keçmişdə baş verib.

Bizim Quram Pandjikidze adlı çox istedadlı bir jurnalistimiz vardı. O, “Abxaziya gündəliyi” yazmışdı. Tarixi unutdurmaq istəyənlər açıb o gündəliyi oxusunlar. Orada yazılırdı ki, ermənilərin təhriki ilə abxazların başı ilə futbol oynanırdı. Bunlar nə tez unuduldu? Yaxud o vaxt Mixeil Saakaşvili istəyirdi ki, Ahıska türkləri öz tarixi vətənlərinə qayıtsınlar. Bununla həm bufer zonası yaransın, yəni Ahıska türklərinin hesabına gürcülər həm Türkiyə, həm də Gürcüstan vasitəsilə qorunacaqdılar. Onu da ermənilər əngəllədilər. Təəssüf ki, yeni gəlmiş rəhbərlik düzgün siyasət yeritmədən yenə azərbaycanlı-gürcü münasibətlərinə kölgə salmaq istəyir. Bu da bumeranq olaraq yenə də gürcü xalqına dəyəcək. Çünki bu xoşagəlməz olay ilk əvvəl gürcülərin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edəcək.  

– Giya müəllim, son zamanlar bəzi sosial şəbəkələrdə Avaqyanın büstü ilə bağlı tənqidlər Sizə yönəlib. Sizin burada heç bir günahınız yoxdur, amma bəziləri Sizi niyə hədəf seçir ki?

– Çox təəssüf ki, tanıdığım bir qrup adam Avaqyanın büstünün qoyulmasına öz etirazlarını Gürcüstan Səfirliyinə çatdırmaq əvəzinə, sosial şəbəkələr vasitəsilə məni hədəfə götürməyə cəhd göstərdilər. Mən nə diplomatam, nə də səfirlik işçisiyəm. Mən o adamlara cavab verdim ki, Azərbaycan ədəbiyyatını gürcü dilinə tərcümə etməklə Azərbaycan ədəbiyyatına heykəli çoxdan qoymuşam. Mən nə siyasətbazam, nə də separatçı. Mənim mövqeyim, yolum gürcü və Azərbaycan xalqına tanışdır. Xalq məni də tanıyır, Gürcüstandakı bəzi siyasətçiləri və deputatları da. Təəssüf ki, onların arasında azərbaycanlı deputatlar da var və onlar bu məsələyə susqunluq göstərirlər. Sözsüz ki, Azər Süleymanovu çıxmaq şərtilə. Bu, əlbəttə ki, ağrılı məsələdir.

– Belə çıxır ki, Sizi millətlər arasında münaqişə yaratmaqda suçlamağa cəhdlər olub?

– Təəssüf ki, mənə bu barədə yazan adamlar da vardı. Mən onların yazdıqlarına əhəmiyyət vermirəm, çünki elələri hər yerdə var. Belə şeylər məni əndişələndirə bilməz. Çünki o adamlar kitab oxumurlar, mütaliələri yoxdur. Mənim tərcümə etdiyim “Qafqaz və ermənilər” kitabı hamıya cavabdır.   

– Giya müəllim, necə bilirsiniz, Azərbaycan və gürcü xalqının dostluğu, həmrəyliyi nəticəsində Avaqyanın abidəsinin götürülməsinə nail ola biləcəyikmi?

– Buna şübhəniz olmasın. Amma bir məsələni qeyd etmək istəyirəm. Avaqyanın büstü bir günə-beş günə qoyulmayıb ki… Buna hazırlıq prosesi gedib. Ola bilməz ki, bu heykəl elə belə qoyulub. Bu büst necə qoyuldu ki, onu dövlət qurumları bilmədi? Demək, erməni fitnəsi ilə bilərəkdən ajiotaj yaradırlar, bilərəkdən Gürcüstan-Azərbaycan münasibətlərində hansısa yeni münaqişə obyekti axtarırlar  

Gürcüstanda xeyli sağlam düşüncəli tarixçi də, siyasi qüvvələr də var. Gürcü və Azərbaycan xalqları əl-ələ verib, tarixin ağ ləkəsi olan Avaqyanın o abidəsinin götürülməsinə nail olacaqlar.  

Hamı bilir, dəfələrlə demişəm ki, qazsız, işıqsız Gürcüstana həm biooloji, həm də sosioloji baxımdan Azərbaycan donorluq edir. Bunları unutmaq olmaz axı.

Gərək hakimiyyətə sağlam qüvvələr gələ ki, belə şeylər təkrar olunmasın.

– Həmişə deyirsiniz ki, ermənilər Azərbaycanın torpaqlarına, mədəniyyətinə təcavüz edib, gürcülərin isə genefonduna…

– Vaxt gələcək, Qarabağ da, Zəngəzur da qaytarılacaq, amma ermənilər gürcü genini elə zədələyiblər ki, o genin təmizlənməsi üçün əsrlər lazım olacaq. Gen bioloji bir həqiqətdir ki, qan təmizlənməlidir. Qan təmizlənməsə, gen təmiz ola bilməz. Cəsarətlə deyirəm, gürcüləşmiş ermənilər qoy öz aqibətləri haqqında fikirləşsinlər. Çünki onların antropoloji və digər göstəricələri heç də onların gürcü olduğunu göstərmir. Nə qədər gürcü dilini bilsələr də, erməni elə ermənidr.   

Check Also

Baş nazir: Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir edəcək resursları yoxdur

Rusiyanın Gürcüstandakı seçki prosesinə ciddi təsir göstərə biləcək resursları yoxdur, amma başqa qüvvələrin buna gücü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir