Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Gürcüstanın deputatı azərbaycanlıların öldürülməsi xəbərlərinə aydınlıq gətirdi

Son günlər Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoş olmayan xəbərlər yayılmaqdadır. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi davanın baş verdiyi barədə məlumatlar yer alır. Hətta, soydaşlarımız arasında ölüm hallarının da olduğu bildirilir.

Məsələ ilə bağlı Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a danışıb.

O bildirib ki, bu cür məlumatlar həqiqəti əks etdirmir.

“Gürcüstanın Marneuli bölgəsində yaşayan azərbaycanlıların durumu çox normaldır. Heç bir qarşıdurma, problem yoxdur. İnsanlar həyatlarına çox normal şəkildə davam edir. Azərbaycanın bəzi mətbu orqanları, Gürcüstanda baş verən hadisələri qeyri- obyektiv, qərəzli, əsası olmayan şəkildə xəbər hazırlayaraq, Azərbaycan oxucusuna yanlış məlumat verirlər. Bir daha deyirəm. Yayılan məlumatlar tamamilə yanlışdır.
Bəzi Azərbaycan televiziyaları bu cür xəbərləri yayımlayarkən, yanlış xəbərin haradan qaynaqlandığını da qeyd etsinlər. Bizə maraqlıdır ki, bu cür yanlış məlumatları haradan əldə edirlər. Düşünürəm ki, bu provakasiya məqsədi daşıyır. Bizim tutuduğumuz mövqe açıq-aydındır. Xalq tərəfindən seçilən deputatlarıq”.

Ruslan Hacıyevin sözlərinə görə, bu cür addımlar heç bir nəticə verməyəcək.

“Qaldı ki, kimlərinsə bu yöndə hansı addımları atmasına, bu, həmişə provakasiya məqsədi daşıyıb. Bu cür xəbərlərin yayılmasında kimlər ki maraqlıdır, onlar hər zaman partiyadan yana olublar. Məsələləri yanlış formada gündəmə gətirməyə çalışıblar. Onların bu addımları heç bir nəticə vermir və verməyəcək. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məlumat yayarkən, istər Tv-lər, istərsə də mətbuat orqanları məlumatı dəqiqləşdirib yerləşdirməlidir. Bütün jurnalistlərə səslənirəm ki, diqqətli olsunlar. Bu cür məlumatları haradan əldə etdikləri çox önəmlidir.

Bu cür məlumatların necə və haradan yayılması ilə bağlı artıq azərbaycanlı deputat həmkarlarımla birgə araşdırmalara başlamışıq. Yaxın zamanlarda mətbuata bu barədə geniş açıqlama veriləcək”

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir