Şənbə , 21 İyun 2025
Drone Cameras

3 rayonda müəllim və valideynlərin səyyar qəbulu keçirilib

Bu gün Sabunçu, Pirallahı, və Xəzər rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İdarədən Trend-ə verilən məlumata görə, qəbula gələn vətəndaşlar məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerində həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Check Also

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir