Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Gürcüstan Saakaşvilinin və müxalifətin dəstəklədiyi Grigol Vaşadzeyə səs verəcək!

Noyabrın 28-də prezident seçkilərinin 2-ci turunda Gürcüstan özünün yeni prezidentini seçəcək. Gürcüstanda prezident seçkilərinin 2-ci turuna isə az bir vaxt qalıb. Prezident seçkilərinin nəticələri Gürcüstanda yaşayan bütün xalqların, o cümlədən də Azərbaycanlıların taleyində mühüm rol oynayacaq. 
 
Seçkilərin 2-ci turunda 2 namizəd var. Namizədlərdən biri Grigol Vaşadze Gürcüstanın 3-cü prezidenti Gürcüstanı dünya miqyasında nüfuz sahibi edən Mixail Saakaşvilinin namizədidir. 
2-ci namizəd Salome Zurabişvili Gürcüstan tarixinin dünya miqyasındakı böyük milyarderlərdən biri olan Bidzina İvanişvilinin namizədidir. 
Ona görə də Gürcüstandakı prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. Kim qalib gələcək? Dünya miqyaslı böyük islahatçı olan, insan rifahını, xalqın rifahını öz rifahından yüksəkdə tutan Mixail Sakaşvili, yoxsa milyardlarını artırmaqda olan Bidzina İvanişvili?
 
Bu gün bütün Gürcüstan mətbuatı, radio və televiziyalar Salome Zurabişvilinin seçicilərə 5 kq kartof, 3 kq soğan paylaması haqqında məlumatları tirajlamaqla məşğuldur. Bu hərəkət gülüş obyektinə çevrildiyindən İvanişvili hökuməti Gürcüstanda vətəndaşların banklara olan borclarının hamısını silmək haqqında vədlər verib. Gürcüstanın baş naziri canlı yayımda deyib ki, Gürcüstanda banklara və digər maliyyə orqanlarına borcu olan 600 minədək adam “maliyyə amnistiyasına” düşəcək. Borcların ümumi məbləği 565 milyon dollara yaxındır. Bu proses dekabrın 15-də başlayıb ayın sonunda başa çatmalıdı. 
Mixail Saakaşvilinin namizədi Grigol Vaşadze isə deyib ki, kreditini ödəyə bilməyən vətəndaşların borcu hökumət tərəfindən alınmalıdır. O parlamenti iqtisadi amnistiya elan etməyə, ipoteka kreditlərinin faizini yarıbayarı azaltmağa çağırmışdı.
 
Qeyd etməliyəm ki, istər banklara borcu olan, istərsə də borcu olmayan insanların çoxu Gürcüstanın indiki hökumətinin “maliyyə amnistiyası” söhbətini növbəti tələ hesab edirlər. Onlar deyirlər ki, heç bir “maliyyə amnistiyası” olmayacaq. Çünki indiki hakimiyyət 2012-ci ildə də xalqı aldatmışdı. Xalq gözləyirdi ki, İvanişvili öz milyardlarını Gürcüstanın iqtisadi inkişafına sərf edəcək. Gürcüstanda müasir iqtisadi inkişaf yaradacaq. O zaman xalqın gözləntiləri özünü doğrultmadı. Gürcüstanda iqtisadi inkişaf əvəzinə iqtisadi tənəzzül yarandı. Ona görə də bir qrup insanlar hesab edirlər ki, bu hökumətin heç bir vədinə inanmaq olmaz və bu hökumətin namizədi olan Salome Zurabişviliyə səs vermək olmaz. 
 
Digər bir qrup insanlar hesab edirlər ki, “maliyyə amnistiyası”hamını əhatə etməyəcək və ya onların kreditləri deyildiyi kimi tam həcmdə yox, 20-30% həcmində silinə bilər. Bu qrupa aid olan insanların bir hissəsi Griqol Vaşadzeyə, digər hissəsi isə Salome Zurabişviliyə səs verəcəklər.  
Çox az miqdarda insan isə deyir ki, hökumət dediyi “maliyyə amnistiyası” vədini yerinə yetirsə də, gələcəkdə bu pulu onlardan müxtəlif üsullarla alacaq. Ya qiymətlər süni yolla qaldırılacaq. Yaxud da digər üsullar icad olunacaq. 
 
Kartof və soğan əməliyyatlarına, “maliyyə amnistiyası” vədinə baxmayaraq Gürcüstanda əhali-seçicilərin əksəriyyətiMixail Saakaşvilinin islahatlar proqramının davamını istəyirlər. 
Onlar deyirlər ki, Saakaşvili Gürcüstanı turizm ölkəsinə çevirdi. Gürcüstan dünyanın gözəl ölkələrindən biridir. 
Gürcüstan dünyanın qabaqcıl turizm ölkələrindən biri olmalıdır. Saakaşvilinin Gürcüstanda yaratdığı demokratik sistem və qanunların aliliyi daha da inkişaf etməlidir.
 
Saakaşvili Gürcüstan, Azərbaycan, Mərkəzi Asiya ölkələrindən, Çindən və s. ölkələrdən gələn yüklərin daşınması ücün çoxmilyardlı xarici investisiyalar hesabına Poti limanını yenidən yaratdı. 
Saakaşvili Batumi və Kobuleti şəhərlərini dünyanın gözəl guşələrinə çevirdi. 
Ona görə də Gürcüstan vətəndaşlarının əksəriyyəti Mixail Saakaşvilinin və bütün müxalifətin dəstəklədiyi müstəqil namizəd Grigol Vaşadzeyə səs verəcəklər.  
 
Gürcüstan vətəndaşı olan Azərbaycanlılar da Grigol Vaşadzeyə səs verəcəklər
Gürcüstan vətəndaşları olan Azərbaycanlılar Saakaşviliyə minnətdardılar. Onlar Saakaşvilini yüksək qiymətləndirirlər. 
Saakaşvilinin Prezidentliyi dövründə TƏHSİLDƏ 1+4 proqramı qəbul olundu.Bu gün onunsayəsində Gürcüstanda 3000-ə yaxın Azerbaycanlı Gurcustan ali məktəblərində ali təhsil alır. Ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayırlar.
Saakaşvili Novruz Bayramının – Gürcüstanın rəsmi Bayramı kimi qeyd olunması haqda sərəncam verdi və Prezident kimi özü də Marneulidə xalqla bərabər Bayramıqeyd etdi.
Saakaşvilinin yaratdığı demokratiya nəticəsində Gürcüstan Azərbaycanlılarıiçərisindən liderlər yetişməyə başladı. Buna parlaq misal olaraq deputat Azər Süleymanovuvə başqalarını göstərmək olar. 
Gürcüstanda Azərbaycanlılara aşağılamaq məqsədilə tatar deyirdilər. Saakaşvili bunu ləğv etdi. Belə bir şey olacağı təqdirdə istənilən Azərbaycanlı məhkəməyə müraciət edə bilər. Məhkəmə həmən adam haqqında yüksək məbləğdə cərimə hökmü çıxarır. 
Saakaşvili tez-tez bazarlara gedib xalqla, sadə vətəndaşlarla söhbətlər edir. Onların güzəranı ilə maraqlanırdı. 
Saakaşvilinin dövründə Gürcüstan-Azərbaycan əlaqələri sürətlə inkişaf etdi. 
Yuxarıda deyilənlərə və sorğulara istinadla demək olar ki, Gürcüstan Azərbaycanlıları da Mixail Saakaşvilinin və müxalifətin nümayəndəsi Grigol Vaşadzeyə səs verəcəklər! 
28 noyabr 2018-ci il Prezident seçkilərinin Gürcüstana xeyirli olması arzusuyla, 
 
 
(Prof.Dr. Qüdrət İsaqov)

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir