Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi bağlanır

Gürcüstan ilə Türkiyə arasındakı “Sarpi” sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd-keçid məntəqəsində fasilənin yaranması Türkiyə tərəfində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Qeyd edilən tarixlərdə hər gün saat 12:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsində iş tam dayandırılacaq. Məhdudiyyət həm piyada, həm də avtomobil keçidlərində tətbiq olunacaq.

Sərhəd-keçid məntəqəsi təmir işləri başa çatandan sonra tam fəaliyyətə başlayacaq.

 
 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir