Cümə , 10 May 2024
Drone Cameras

Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı

Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik, bu oyuna gəlmərik.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Fransa səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank” məsələlərini müzakirə etdiyini qeyd edib.

“YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Cənab Donald Trampa bu məsələdə bərabər görə biləcəyimiz çox işlərin olduğunu dedim. Məsələ ilə bağlı Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarın amerikalı həmkarları ilə görə biləcəkləri işlər çoxdur”, – deyə Ərdoğan bildirib.

“Xalkbank” məsələsinə gəlincə, onun sözlərinə görə, D.Trampla sonuncu telefon danışıqları zamanı da bu mövzuda müzakirə aparıblarmış: “”Xalkbank”la əlaqədar telefon danışığımızdan sonra cənab Donald Tramp ölkəsinin Xəzinə və Maliyyə Nazirliyinə 24 saat ərzində təlimat verdi və nazir də bizim xəzinə və maliyyə nazirimiz Berat Albayraka zəng etdi. Bu məsələnin həlli üçün atılacaq addımları, görüləcək işləri müzakirə etdilər. Məsələnin həlli ilə bağlı fərqli mənzərə yaranan kimi xarici işlər nazirimiz Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə əlaqə saxladı. Mən məsələni Trampa deyəndən sonra o, ABŞ-a dönən kimi xəzinə və maliyyə nazirinə təlimat verəcəyinin söylədi. Donald Tramp “mən bu işin baça çatdığını zənn edirdim, niyə bu qədər uzandı?” cavabını verdi”.

Qeyd edək ki, “Halkbank”ın baş direktorunun keçmiş müavini Hakan Atilla hazırda ABŞ-da həbsdədir. Ağ Ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edir.

 
 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir