Bazar , 11 Yanvar 2026
Drone Cameras

Gürcü politoloq: “Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycana dəstəyini bir daha təsdiqləyəcək”

“Rəcəb Tayyib Ərdoğanın azərbaycanlılar üçün olduqca önəmli şəhər olan Şuşaya səfəri Türkiyə Prezidentinin Qarabağa ilk səfəri kimi tarixə düşüb”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti Zurab Batiaşvili analitik yazısında yazıb.

Politoloqun fikrincə, Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü məsələsinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq: “Ərdoğanın səfəri regionda İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqları vurğulayıb. Ankara müharibə zamanı əsas müttəfiqi olan Azərbaycanı dəstəkləməkdə davam edib. Aydındır ki, Türkiyə Qafqazda və ətrafdakı vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışacaq”.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …