Bazar , 19 May 2024
Drone Cameras

Gürcü xoreoqraf: “Şuşada keçiriləcək tədbirlərdə iştirak etmək istərdim”

“Şuşanı çox bəyəndim. Qısa müddət ərzində şəhərdə xeyli işlər görüldüyünə görə çox şadam”.

Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə işğaldan azad olunmuş Qarabağa səfər edən gürcü rəqsləri xoreoqrafı Melita Lomadze bildirib.

“İnanıram ki, bütün bu işlər tezliklə başa çatar, biz də incəsənət xadimləri olaraq Şuşada keçiriləcək tədbirlərdə iştirak edərik” – deyə qonaq qeyd edib.

Ötən gün Füzuli və Cəbrayıla səfər etdiklərini xatırladan sənətçi gördüyü dağıntılardan kədərləndiyini dilə gətirib: “Bir neçə şəhər dağılmış vəziyyətdədir. İşğalın yaratdığı fəsadlar çox ağrılıdır. Bildiyiniz kimi, Gürcüstan da oxşar problemlərlə üzləşib”.

Check Also

“Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına …