Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gürcüstan səfiri: “Azərbaycanla sərhəd danışıqları yaxın zamanlarda bərpa olunacaq”

“Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası yaxın zamanlarda keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Səfir komissiyanının son toplantısının iki il bundan öncə Bakıda keçirildiyini bildirib: “Digər toplantının Tbilisidə keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən baş tutmayb. Yaxın gələcəkdə keçiriləcək iclasda tərəflərin məsələni dostluq və strateji tərəfdaşlıq münasibətlərinə uyğun həll edəcəyinə əminəm”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …