Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalayıblar

Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalanıb.

Boyukmillet.com xəbər verir ki, sənədi Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imzalayıb.

“Memorandum bizə Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan məhsullarının Çinə ixracını artırmaq imkanı verir. Biz, həmçinin dəhlizimizə daha çox yük cəlb edə biləcəyik ki, bu da Gürcüstanın regional qovşaq kimi əhəmiyyətini artıracaq”, – deyə L.Davitaşvili bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, həmçinin Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …