Bazar , 15 Noyabr 2026
Drone Cameras

Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub.

Boyukmillet.com xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib.

Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …