Cümə , 13 Noyabr 2026
Drone Cameras

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 63 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son bir neçə gün ərzində ölkədən 63 xarici vətəndaşı deportasiya edib.

Bu barədə “Report”un Gürcüstan bürosu nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları ölkədən çıxarılıb.

Qeyd edilib ki, cari ilin əvvəlindən bu günədək Gürcüstandan deportasiya olunan xarici vətəndaşların ümumi sayı 1302 nəfərə çatıb.

Check Also

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. Boyukmillet.com xəbər verir ki, bu …