Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Gürcüstanda azərbaycanlıların qisas planı: 4 nəfər saxlanıldı

Gürcüstanda dörd azərbaycanlı azadlıqdan qanunsuz məhrumetmə ittihamı ilə saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, saxlanılan şəxslər Gürcüstanın Marneuli rayonu, Kəpənəkçi kənd sakinləridir.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 1991-ci il təvəllüdlü N.M, 1997-ci il təvəllüdlü İ.G, 1988-ci il təvəllüdlü F.N və 1999-cu il təvəllüdlü A.H bu il iyulun 15-də rayonun Keşəli kənd sakini, 1996-cı il təvəllüdlü İ.M-ni qisas zəminində qanunsuz olaraq zorla avtomobilə mindirərək qaçırıb və Kəpənəkçi kəndindəki evlərdən birində ona qarşı fiziki zorakılıq tətbiq ediblər. Zərərçəkmiş daha sonra Kəpənəkçi kəndinin mərkəzinə gətirilib və yenidən fiziki zorakılığa məruz qalıb.

Faktla əlaqədar cinayət işi açılıb.

İttihamlar təsdiqini taparsa saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs gözləyir.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …