Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Həbsdəki sabiq general- nazir “Tik-Tok” üzərindən hücuma keçdi – Video

Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən informasiya hücumuna keçib. Onunla bağlı olan şəxsi arxiv fotoları @usernaxcivanli adlı “Tik-Tok” profili üzərindən paylaşılır. Fotoların mahiyyətindən görünür ki,
hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən öz müdafiəsini qurmağı hədəfləyir. Onunla bağlı olan şəxsi arxiv fotoları @usernaxcivanli adlı “Tik-Tok” profili üzərindən paylaşılması bir çox mətləblərdən xəbər verir. Fotoların mahiyyətindən görünür ki, belə şəxsi arxiv materiallarına çıxış yalnız həbsdəki nazirin çox yaxın adamlarında ola bilər. Bu da onu deməyə əsas verir ki, sözügedən profil onun yaxınları tərəfindən idarə olunur. Maraqlıdır ki, profil yeni yaransa da, paylaşdığl videolara böyük baxış sayı toplamağa müvəffəq olub. Videolardakı şərh bölümündə Əhməd Əhmədovun nahaqdan, şərlənərək həbs edilməsinə dair yazılan şərhlər silinmir, hətta bu yöndə diskussiyaların aparılmasına da şərait yaradılır.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov barəsində 11 il həbs hökmü çıxarıb.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …