Vitse admiral Şahin Sultanov Xəzər dənizində “Dalğa enerjisindən” istifadənin mümkünlüyünü elmi əsaslarla təqdim edir
Qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpa olunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır, “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlığı genişləndirməyə can atırlar. Hətta uzun illər dünyanın neft-qaz sektorunda uğurla fəaliyyət göstərən şirkətlər də enerji sahəsinə yeni prizmadan yanaşır, “yaşıl” potensialın istifadəsinə öz töhfələrini verməyə çalışırlar. Neft-qaz sektoru demişkən, Xəzərdə illərlə xidmətdə olan vitse-admiral Şahin Sultanov Xəzərdə dalğa enerjisindən istifadə etmək imkanı olduğunu deyir... Həmin layihəni olduğu kimi təqdim edirik:
“Yaşil enerjiyə keçid” mövzusu regionun iqtisadi durumu ilə bərabər beynəlxalq siyəsətdə də yeni təşəbbüsdür . Bərpa olunan elektrik enerjisinin istehsalının “Külək dəyirmanları” və “Günəş panellərininn” çoxsaylı üstünlüklərindən başqa əsas çatışmayan cəhətləri də enerji istesal olunmaq imkanları məhdüdlaşan vaxtlarda– sakit hava şəraitində və günəşsiz, gecə vaxtı – tələbatın ənənəvi qazma enerji vasitələri ilə təmin olunmasının mütləqliyi və ya bu enerjinin müxtəlif fiziki üsullarla toplanıb saxlanılması və sonradan istifadəsidir.
Bu səbəbdən də ya neft, qaz, kömür, atom enerjisi istifadə edən elektrik stansiyaları işləməli və yenə də karbon qazı yaymalı və ya elektrokimyəvi, qravitasiya və başqa fiziki prinsiplərə əsaslanan yığıcı-regenerasiya edici akkumlyatorlardan istifadə labüddür. Bu isə öz növbəsində ümumi sistemin həm qiymətini və istehsal olunan enerjinin maya dəyərini artırır, atmosferə atılan istilik qazının (CO2) tam dayandırılmasına xidmət etmir. Lakin bu yanaşmada təbiətin başqa bir vacib enerji mənbəyi diqqətdən kənarda qalır – “DALĞA ENERJİSİ”.
Bu haqda qısa izahat vermək istərdik… Dalğalar dəniz üzərində hava kütləsinin hərəkəti nəticəsində yaranır. Hava kütləsi eyni həcmdə su kütləsindən 800 dəfə yüngül olduğu üçün daha tez sürətlənir və sönür amma əsasən onun qovaraq yaratdığı su kütləsi isə daha ətalətli olduğu üçün daha gec sürətlənir və daha gec sönür – fiziki terminlərlə – daha gec enerji yığır və daha gec də enerjisini itirir.
Bu hava kütləsinin enerjisi ilə su kütlələsinin enerjisi arasında faza sürüşməsi kimi özünü göstərir . Başqa sözlə dəniz üzərində külək söndükdə dalğalar sönmür və müəyyən müddət (küləyin xarakteristikalarından və dənizin hidrologiyasından asılı olaraq) dinamikasını saxlayır…
Təbiət özü külək enerjisini suda toplayıb saxlayır və onun enerjisi külək yatdıqdan sonra müəyyən müddət qalır – dalğalar akkumulyator rolunu oynayır. Bu təbii fenomendən istifadə edərək qazılmış enerji vasitələrindən istifadə edilən elektrik stasiyalarından tamamilə vaz keçmək imkanı yaranır.
Xəzər akvatoriyasının unikallığı – Xəzər dənizinin özünəməxsusluğu – yəni bu hövzədə 150 illik aparılan müşahidələr nəticəsində əldə olunan (külək və dalğa rejimlərinin təsnifatı) arxiv materialları əsas verir ki, dənizin Qərb sahillərində, xüsusilə Abşeron yarımadasının ətrafında və arxipelaqları akvatoriyasında Xəzri/Gilavar yerdəyişmələri və bunun nəticəsində dalğaların rejimi il boyu fasiləsiz bir-birini əvəz edir.
Dənizin bu hissəsinin özünəməxsus hidrologiyası bu sahədə dalğa tutucu sınaq elektrik stansiyasının qurulması üçün elmi əsas verir.
Dalğa enerjisindən fərqli olaraq digər bərpa olunan enerjilərin istehsalında əsas çətinlik vəziyyətlərin proqnozlaşdırılmasındadır.
Abşeron yarımadası ətrafında, Xəzri/Gilavar dəyişməsinin hakim olduğu su hövzəsində öz ömrünü başa vurmuş çoxlu sayda platformalar vardır. Onların əksəriyyəti neft-qaz istehsalı bitdiyi üçün öz son ömrünü yaşayır. Amma təcrübə-sınaq dalğa elektrik stansiyası üçün əvəzolunmaz bir özül kimi istifadə oluna bilərlər.
Sınaq stansiyasının müvəffəqiyyətlə istismara verildiyi halda bu texnologiyanı ixrac etmək olar və Azərbaycanı yaşıl enerji texnologiyaları istehsalçılarıı sırasına çıxarar.
“Dəniz Dalğasi” layihəsinə müvafiq şərait yaradıldığı halda bu sahə üzrə təcrübəli mütəxəsislərlə birlikdə layihənin həyata keçirilməsini öz peşəkar borcum sayıram. Bu enerjinin tam miqyaslı sənaye üsulu ilə istehsalı üçün müvəffəqiyyətli sınaq işlərinə başlamaq COP üçün ilk və dünyada yeganə kombinə olunmuş dəniz enerjisi stansiyası qurulmasına təkan olar. Bu Azərbaycanı 170 il əvvəlki neft istehsalı lideri, öz yerinə müvafiq enerji texnolgiyası sahəsində elmi və güc mərkəzinə çevirər.
Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində əhəmiyyətli rol oynadığı halda vitse-admiral Şahin Sultanov daha əlverişli enerji mənbəyi təklif edir. Ekoloji fəlsəfədə “yaşıl enerji”nin xüsusiyyətləri insan-təbiət münasibətləri kontekstində öyrənilir. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır.