Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Həsənbala Sadıqov: ERMƏNISTANIN UĞURSUZ 6 DIVERSANTI HƏRBI ƏSIRƏ ÇEVIRMƏK SINDROMU

Dünyada insanlar dəyişdiyi kimi mübarizə vasitələri də sürətlə dəyişir. Lakin torpaq verib dövlət etdiyimiz, “ermənisən ustasan” deyimi ilə uzun illər həyətimizin fəhləsi olan ermənilər 200 il bundan əvvəl olduğu kimi bu gün də ən böyük silahı yalan və böhtandır. Biz ermənilərlə yalnız qonşu olmadıq. Onlar himayədarların əli ilə Qərbi Azərbaycanı aldıqdan sonra “iştah diş altındadır” konsepsiyası ilə Dağlıq Qarabağ uğrunda mübarizəyə başladılar. Artıq ermənilər bizimlə qonşu deyil, Azərbaycan Sovet Respublikasının Dağlıq Qarabağda yaşayan vətəndaş idilər. Onlar müxtariyyət uğrunda mübarizə aparırdılar. Əslində, 30 il rəmzidir, uzun illər davam edəcək faciəmizin əsası 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti qurulanda qoyuldu.Beləliklə ermənilərə yalan və böhtanın əl ayaq açması üçün hər cür şərait yaradıldı.
Azərbaycan 2020-ci il 44 günlük Qalib Vətən müharibəsində qələbə qazandıqdan sonra erməni kimi qonşusu olan respublikanın ilk işi gözlənildiyi kimi sərhədlərin mühafizəsinin təşkil edilməsi idi.Beynəlxalq hüquqa və Ermənistanla olan ikitərəfli müqavilələrə həssas yanaşan Azərbaycan respublikası qalib olmasına baxmayaraq onlara zeytun budağı uzadır. Biz talehsizlikdən, yaxın keçmişdəki məqsədli müdaxilə nəticəsində Ermənistanla qonşuyuq. Erməninin qonşuluğu nə demək? Asand iş deyildir. Ermənistanla qonşuluq tarix bir daha təsdiq etmişdir ki, Şərstanla qonşu olmaq deməkdir. Bütün zamanlarda siyasətini bəlkə də siyasətsizliyini qanla yazıb və bu gün də yazmaqda davam edir. Bir tarixi reallıqdır. Bütün problemlərə baxmayaraq Ermənistan respublikasnı “ belə bir dövlət yoxdur” düşüncəsi ilə yox saya bilmərik. Ona görə də heç bir nəticəsi olmayacaq məsələ- coğrafi olaraq Ermənistanla qonşluq müzakirə oluna bilməz. Əgər nəzərə alsaq ki, Ermənistanla qalib Azərbaycan arasındakı sərhədlərin coğrafi relyefi çox mürəkkəb idi. Çox yerlərdə sərhədlərin təşkil edilməsində çətinliklər var.
Digər tərəfdən 30 il işğal altında saxladığı o ərazilərdə fəaliyyət göstərən ermənilər təbii ki, ərazini yaxşı bilirdilər. Bizim hərbçilər ilk gündən bu amili daima diqqətdə saxlayırdılar. Hətta demək olar ki, ermənilərin məğlub olandan, kapitulyasiya aktına imza atandan sonra da “müharibəni “terrorçu, diversant vasitəsi ilə davam etdirmək mərhələsinə“ daxil oldular.
Ermənilər tarix isbat etmişdir ki, yalanı uçurda bilirlər. Ona görə də məğlub Ermənistanın “B” variant hazır idi. Qalib Azərbaycana azad olunan ərazilərdə Böyük Qayıdışı həyata keçirməyə bütün vasitələrlə imkan verməmək üçün Ermənistan rəhbərliyi gizli planları həyata keçirməyə başladılar. Ermənistan respublikasının məğlub rəhbərlərinin yanaşmasına görə Qalib Azərbaycanın Qayıdış konsepsuyasının həyata keçirilməsinə mane olan bütün vasitələr məğbuldur, qəbul ediləndir.
Vaxtilə ermənilərin xaç atası Stepan Şaumyanın Türklərin qalib gəlməsini yadına saldıqda tez-tez təkrar edərdi:”türklər qalib gələ bilərlər. Lakin bizdən xarabazarlıqdan başqa bir şey ala bilməzlər.” Son yüz ildə hər dəfə təəssüf olsun ki, ermənilərin vandalizminin yaşayan şaumyanizminin-abad diyarda xarabalıqlar yarat” fəaliyyətinin şahidi olmuşuq.
Abad bölgəyə girir, o bölgəni tərk etdiklərində özlərindən sonra xarabazarlıqlar qoyub gedirlər. Hələ bütün hallarda standart ittihamları da var. “Türklər bizi soyqırımına məruz qoydular.” Vətən müharibəsinin tarixi aydın şəkildə təsdiq etdi ki, Ermənistan respublikasının rəhbərliyi Şaumyanın vəsiyyətinə sözbəsöz əməl edirlər. Zaman maşınından istifadə edərək Azərbaycanın cənnət guşəsi olan Qarabağın (Bölgənin ərazisi 4,400 kv. km-dir) işğal olunan vaxtdakı vəziyyətinə baxmaq kifayətdir.
1989-cu ildə Azərbaycan Parlamentinin qərarı ilə Dağlıq Qarabağın muxtariyyəti ləğv olundu. 1990-cı ildəki vəziyyətinə baxaq. Qarabağ istər müasir infrastrukturuna, şəhərlərin tarixiliyinə və gözəlliyinə, mədəni abidələrin zənginliyinə görə dünyanın mədəniyyət mərkəzlərindən biri idi.
Burada bir cəhəti də xüsusi ilə qeyd etmək vacibdir ki, Sovet hakimiyyəti illərində erməni liderləri iddia edirdilər ki, güya Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycandan çox aşağıdır. Sov. İKP MK-nın komissiyası Azərbaycanda və Dağlıq Qarabağda yaşayış səviyyəsinin müqayisəli təhlilini verdi. Məlum oldu ki, erməni liderlərinin iddiası real vəziyyəti əks etdirmir. Əksinə bütün sahələrdə həyat səviyyəsi Dağlıq Qarabağda Azərbaycandan yüksək idi.
1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik toqquşmalar və Ermənistanın DQMV-nı öz tərkibinə birləşdirmək tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildi. Atəşkəs sazişi 1994-cü ildə Bişkəkdə imzalandı. Dağlıq Qarabağda yerli “hakimiyyət” 1991-ci ildə “müstəqillik elan edib”. Lakin indiyə kimi bu “müstəqillik dünyada heç bir ölkə tərəfindən tanınmayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyan edir ki, imzalanmış müqaviləyə uyğun olaraq ermənilərin əsirləri onlara verilmişdir. Prezident V. Putin, Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev və Ermənistan Respublikasının Baş naziri N. Paşinyan arasında əldə olunmuş razılığa əsasən 2020-ci ilin 10 oktyabr tarixindən etibarən humanitar məqsədlərlə hərbi əsirlər , digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs razılaşdırılmışdır.

Azərbaycan respublikasının əvvəlcədən müəyyən edilmiş proqnozunun doğru olduğu meydana çıxmağa başladı. Ermənistan Respublikası Müdafiə Nazirliyi bu günlərdə bir məlumat yaydı. İlk nəzərdə çox savadsız tərtib edilmiş məlumatdır. Amma ciddi tanışlıqdan sonra məlum olur ki, məlumatda məqsədli olaraq bir sıra məsələlər gizlədilməyə çalışılmışdır.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə “6 erməni əsgəri Qeqarkun vilayətində Azərbaycanla sərhəddə əsir götürülüblər.” Azərbaycanın Baş naziri Kəlbəcərdə saxlanılan erməni diversantlardan danışıb: “Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı?
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib Onlar bizim ərazini niyə minalayırdılar?” Hər halda kimsə gecə saat üçdə Azərbaycan sərhəddini gizli olaraq keçənlərin xeyirxahlığından danışa bilməz. Məsələnin mahiyyəti ortadadır. Terrorçular dünyaya erməni hərbi əsirləri olaraq təqdim edilir. Tutulanların kimliyini onların geyimi deyil, törətdikləri əməlləri müəyyən edir. Çağrılmayan, Azərbaycan sərhəddini gizli keçən erməni əsgəri deyil, terrorisdir, diversantdır. Əməlləri isə göz qabağındadır.
Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır. Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında gizlədilən bir neçə məsələ vardır. Birincisi ondan ibarətdir ki, 6 nəfər erməni əsgəri deyildir. Onlar ermənilərin xüsusi hazırlıq görmüş terrorçulardır. Azərbaycan ərazisinə təxribat terror aktı həyata keçirmək üçün göndərilmişlər. Həbs olunan terroristləri Ermənistan Müdafiə Nazirliyi əsassız olaraq dünyaya hərbi əsir olaraq bəyan edir.

Ermənistanı müdafiə edən xarici dövlətlər isə bütün zamanlarda real faktı deyil, görmək istədiklərini görürlər. The Moscow Post –un müxbiri Ermənistan Respublikasının Müdafiə Nazirliyinin məlumatı haqqında yazır. Məlumata əsaslanan müxbir hadisəni yerində yoxlamadan Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkrar edir.

Verilən məlumata görə 27 may 2021-ci il tarixdə Azərbaycan respublikası Müdafiə Nazirliyinin hərbi qüvvələri Ermənistanın altı nəfər əsgərini mühasirəyə alıb əsir götürdülər. Buna deyirlər yalan elə bağırdı doğrunun bağrı yarıldı. Terrorçuları erməni ordusunun əsgərləri olaraq dünyaya ağlaya-ağlaya təqdim edirlər. Hətta Ermənistan Müdafiə nazirliyi utanmadan onu da bildirir ki, erməni əsgəri adı ilə dünyaya təqdim etdiyimiz terrorçuların azad edilməsi ilə əlaqədar vacib tədbirlər görülür.

2020-ci ildə kapitulyasiya aktına imza atandan sonra gözləmək olardı ki, tarixinin ən böyük məğlubiyyətini yaşayan Ermənistan respublikası dərs almış olacaqdır. İmzalamış oluğu müqavilənin ədalətli tələblərini yerinə yetirəcək. Ermənilər onlarla qonşu olduğumuz bütün zamanlarda bu şəkildə-xəyanət və böhtanı diplomatiya vasitəsinə çevirib hərəkət etmişdir.

Professor Həsənbala Sadıqov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

31 may 2021-ci il

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …