Cümə , 22 Noyabr 2024
Drone Cameras

Həşim Səhrablı yazır: Rəşad Süleymanov zirvəsi

Rəşad bəy ilə, hərbi jurnalistika ilə bağlı təlimlərin birində tanış olmuşduq. Ona qədər sadəcə adını eşitmiş, nə səbəbə bu qədər tərif edildiyini bilmirdim.

İlk tanışlığımız da qəribə bir mübahisə üzərində qurulmuşdu. Hətta sonradan uşaqlara deyirdim ki, “Əşi, bu qədər təriflədikləri adam, heç nə bilmirmişki. Mən ondan daha yaxşı təlim keçərdim”. Sonradan, təlimin sonunda Rəşad bəy yaxınlaşıb dedi ki, əslində buraya təlim deməklə yanaşı, həm də işimizdə bizimlə əməkdaşlıq etməyə gənc və həvəsli kadr axtarmağa gəlmişdim. Sənin həvəsin böyükdür, sözün və öz fikrin var. Belə bir fürsəti qaçırmaq axmaqlıq olardı deyə, baş üstə, ilk iş günündə sizinləyəm demişdim.
İş prosesində Rəşad bəyin qarşılaşdığı problemləri, çəkdiyi çətinlikləri və ən əsası, necə professional və sahəsində dərin biliklərə sahib olduğunu gördüm. Açığı ondan sonra anladım ki, Rəşad bəy və onun kimi zirvələr sırf ad üçün, şan üçün deyil, peşəkarlıq və ölkəyə fayda məqsədilə çalışdığı üçün çox tanınan və sıravilərin şedevr bildiyi “təlxəklər” sırasında deyil. Bu gün Azərbaycan varsa, belə güclüdürdə, inanın ki, onlara deyil, Rəşad bəy kimi əsl ziyalılarımıza borcluyuq.


İlk günki dediyim sözlərin peşmanlığı da öz yerində. Etiraf edim ki, qısa müddətdə əməkdaşlıq şansımız olsa da, mediamızın həyatdan tez köçən “Rəşad Zirvəsi”ndən çox təcrübə qazandım, çox ciddi irəliləyişlər üçün təkan verdi.
Rəşad bəyin araşdırmaları, o araşdırmalara dünyanın sayılıb seçilən hərbi jurnallarının dəfələrlə istinad gətirməsi Azərbaycan mediasında barmaqla sayılan əsas örnəklərdəndir. “Rəşad Zirvəsi” mediamızın, xüsusilə hərb mediamızın tarixində hələ uzun illər əsas və əvəzedilməz nöqtələrdən biri olacaq.
Professionallıq və vətənpərvərlik bir yana, adi insan, dost, müdir kimi də, Rəşad bəy inanılmaz sadə və etibarlı adam idi. Zərərsiz olması bir yana, faydaları ətrafındakı hər kəsə bəllidir. Mən bu itkidən çox məyyusam. Allah rəhmət eləsin!
Biz çox ciddi bir itki verdik.

Siyasi-Hərbi jurnalist Həşim Səhrablı

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …