İstanbul Küçükçekmece Baş Prokurorluğunun apardığı istintaq nəticəsində media qurumları – Habertürk, Show TV və Bloomberg HT-nin əmlak və aktivləri müsadirə olunub.
Bu kanallar 2024-cü ildə Can Holdinqə satılmışdı. İstintaq çərçivəsində Can Holdinqin rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla, ümumilikdə 10 nəfər barəsində həbs qərarı verilib.
Onlara qarşı cinayət təşkilatı qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
İstintaq çərçivəsində ümumilikdə Can Holdinqə bağlı 121 şirkət müsadirə edilərək Türkiyə Əmanət Sığorta Fonduna təhvil verilib. Bu fond maliyyə pozuntuları və hüquqi problemlərlə üzləşmiş şirkətlərin müvəqqəti idarəçiliyini həyata keçirir, onların fəaliyyətini davam etdirməklə yanaşı, mülkiyyətini qoruyur və istintaq proseslərinə dəstək verir.
Habertürk və Show TV uzun illərdir Türkiyə mediasında geniş izləyici auditoriyasına malikdir. Bloomberg HT isə iqtisadi və maliyyə xəbərləri üzrə ixtisaslaşmış peşəkar kanal kimi tanınır.
Adları çəkilən şəxslərin ittihamlara münasibəti açıqlanmayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
