Cümə , 13 Noyabr 2026
Drone Cameras

Hacı Vəliyevin həbsxanada səhhəti ağırlaşıb

Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə Gənc Qazilər Birliyinin üzvü , İSBAM Şirvan təmsilçisi İbrahim Cabarov boyukmillet saytına məlumat verib.
O bildirib ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib.

“Telefon danışığı zamanı Hacı Vəliyev danışmaqda çətinlik çəkib. Ailəsi və yaxınları onun sağlamlıq durumu ilə bağlı dərin narahatlıq içindədir. Biz aidiyyəti qurumları bu vəziyyəti nəzarətə götürməyə, Hacı Vəliyevin səhhətinə ciddi yanaşmağa və gecikmədən müvafiq addımlar atmağa çağırırıq. Qazi Hacı Vəliyev heç olmasa, hazırkı mərhələdə ev dustaqlığına buraxılmalıdır”.

Hacı Vəliyev 2025-ci il iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Cabarov sonda qeyd edib ki Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşməsi istiqamətində göstərdiyi fəaliyyətə görə həbs edilib.

Check Also

“Azad edilmiş torpağa ilk dəfə daxil olmağın hisslərini sözlə tam ifadə etmək çox çətindir” – “Qarabağ” ordenli polis polkovniki

Vətən müharibəsinin ağır döyüşlərindən keçən, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirən …