Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan bir videogörüntüdə sabiq deputat Hadi Rəcəblinin karantin qaydaların pozaraq, nəvəsinə paytaxt restoranlarının birində toy etdiyi iddia olunub.
Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı “news24.az”a açıqlama verən Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli bu fikirləri səsləndirib:
“Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak etməyib.
Zəng et, həmin restorandan soruş. Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz. Mənim adımı heç yerdə çəkməyin.
150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri bilirəm. Siz bir az Allahdan qorxun. Allah cəzalandırır, etməyin. Səhv edib, telefonu götürdüm”.
Daha sonra o, sözlərinə belə davam edib:
“İki il bundan qabaq Elgizlə şəhid ailəsinin toyunda iştirak etdiyim fotonu yayıblar. Hazırda istirahətdəyəm, heç bir siyasətə qarışmıram. Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm.
DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim, nə olar”.