Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Hakan Fidan HƏMAS nümayəndə heyəti Qəzzadakı mümkün atəşkəsi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, görüş zamanı Yaxın Şərqdəki son durum barədə danışılıb.

Tərəflər Qəzzada daimi atəşkəsin təmin olunmasını müzakirə ediblər.

Həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısının alınması və bunun mənfi nəticələri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Siyasi Büronun rəisi Məhəmməd Dərvişin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti daha əvvəl Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalınla görüşmüşdü.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …