Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hay-küylə seçkiyə qatılıb, sonra sakitcə namizədliyi geri çəkib gedirlər – qeyri-ciddi hərəkətlər bununla bitirmi…

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın son iclasında deyib.

M.Pənahov bildirib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə, seçkilərdə hazırda 1542 namizəd qeydə alınıb. Qeyd edək ki, namizədlərin sayının belə azalmasına sosial şəbəkələrdə birmənalı münasibət bildirilməyib. Bir çoxu hesab edir ki, böyük coşqu ilə namizədliyini irəli sürən şəxslər, nədənsə, namizədliklərini sakit şəkildə geri çəkirlər. İddia olunur ki, bunun səbəbi mütləq seçicilərə izah olunmalıdır. Yəni namizəd seçki prosesindən niyə geri çəkildiyinin səbəbini mütləq izah etməlidir. Bu barədə ekspertlər nə düşünürlər?

  • Qabil Hüseynli: “İstənilən halda, namizədliyini geri götürən adam bunun izahını verməlidir”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı müxtəlif mülahizələr söylənir: “Qanunvericilik namizədə belə addımı atmağa imkan verir. Ancaq burada məsələnin həm də mənəvi məsuliyyət aspekti var. Çünki, ən azından, həmin namizəd 450 sakinin imzası ilə qeydiyyata alınıb. Onlara müəyyən vədlər verib. Amma mən görürəm ki, namizədliyini geri götürənlər barədə başqa fikirlər də səsləndirilir. İddia olunur ki, guya bəziləri  bu addımı müəyyən sövdələşmələrin əsasında atırlar. Bu olduqca ciddi ittihamdır və mütləq mənada bunu iddia etmək üçün əldə sübut olmalıdır. Demokratik seçki ab-havası altında yaranan ruh yüksəkliyi bir çox şəxsi prosesə qoşa bildi. Buna görə də namizədlərin sayı çox oldu. Elə həmin adamlar öz güclərinə daha realistcəsinə baxdılar. Həm də prosesin gedişi bir qədər fərqlidir. Ola bilər ki, bu da bəzi adamları ruhdan salır. Görünən budur ki, köhnə deputatların böyük əksəriyyəti yenidən seçiləcək. Bəzi proqnozlara görə, parlamentin yeni tərkibinə, olsa-olsa, cəmi 20 yeni sima qatılacaq. Bu da vəzifə səlahiyyətlərinə görə mandatını itirənlərin yerini dolduracaq. Köhnə deputat korpusunun yaş həddinə məhəl qoymadan təkrar iddia ortaya qoyması göstərir ki, onlar xaotik formada bu addımı atmırlar. Demək ki, bu proseslər hansısa  mərkəzlərdən idarə olunur. Heç də bunun Prezident Aparatından idarə olunduğunu söyləmək fikrində deyiləm. Hansısa qrup mənafelərini ifadə edən tərəflər də ola bilər. Belə göstəricilərin də seçki prosesinə təsiri var. Amma, istənilən halda, namizədliyini geri götürən adam bunun  izahını verməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …