Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Heydər Əliyev bir gəncin gözü ilə

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

O, ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan xalqının oxuyub elm, bilik sahibi olmasına daim diqqət yetirmişdir. O, “Təhsil millətin gələcəyidir”,- deyərək gənclərin təhsilinə böyük önəm verməyə başladı. Ulu Öndər hər zaman Zirvədə dayanacaq bir şəxsiyyətdir.

Xalqımız fəxr edə bilər ki, onun Heydər Əliyev kimi böyük LİDERİ olub. Heydər Əliyevin böyüklüyü onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və düşüncəsi ilə əsl Azərbaycanlı idi. Hər il mayın 10-u Ümummilli Liderin doğum günü ölkə miqyasında böyük təntənə ilə qeyd edilir. Artıq hər yerdə olduğu kimi təhsil müəssisələrində də xalqımızın xilaskarının adına layiq tədbirlər keçirilir, xatirəsi yad edilir.

Əminlikə deyə bilərik ki, Ulu Öndərin ruhu bu gün şaddır. Onun memarı olduğu dövlətimiz günü gündən çiçəklənir. İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfər Onun uzaqgörənliyinin nəticəsidir və bu uğurlu nəticəni Azərbaycan xalqına yaşadan prezident İlham Əliyevdir.

Nə qədər Azərbaycan, nə qədər bu millət var Heydər Əliyev də yetişən hər bir azərbaycanlı gəncin qəlbində var olacaq!

Günel Müslümzadə

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …