Bazar , 19 Yanvar 2025
Drone Cameras

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri bu gün də davam edib.

Boyukmillet.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Dövlət Statistika, Dövlət Gömrük komitələri, Konstitusiya Məhkəməsi və “Azəristiliktəchizat” ASC-nin rəsmiləri və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Check Also

Bakıda və bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə yanvarın 6-sı günün birinci yarısında küləkli hava …