Cümə , 3 May 2024
Drone Cameras

Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib

İki gün əvvəl Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin minaya düşməsi barədə məlumat vermişdik.  

“Qafqazinfo” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin məzunu olub.

H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.

Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …