Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”

“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

“Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara zərbə endirirdi”, – o xatırladıb.

H.Hacıyevin sözlərinə görə, Xocalıya bənzər faciələr işğal zamanı Azərbaycanın digər yaşayış məntəqələrində də törədilib, lakin bu barədə danışılmayıb: “İndiyədək kütləvi məzarlıqlar qalmaqdadır. Ermənistanı onlar haqqında məlumat verməyə çağırırıq”.

Xatırladaq ki, Xocalı rayonunun Edilli kəndində də azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …