Şənbə , 7 Mart 2026
Drone Cameras

Hikmət Hacıyev: “Azərbaycanın yeni təklifi 120-yə yaxın ölkənin mövqeyi olacaq”

“Peyvənd məsələsində bərabər və hamı üçün eyni yanaşma olmalıdır. Peyvəndin hazırlama texnologiyasının paylaşılması ilə bağlı təklif irəli sürülüb”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bəzi ölkələr bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

“Bununla da daha çox vaksin istehsal olunsun və paylanılsın. Biz hazırda Qoşulmama Hərəkatı çərçivəsində belə bir təklif irəli sürmüşük. Bu, 120-yə yaxın ölkənin birgə mövqeyi olacaq. Xüsusilə aşağı gəlirli ölkələrə vaksin paylanmasına şərait yaradacaq. Biz donor təşkilatları da bu təklifləri nəzərə almağa çağırırıq. Pandemiya ilə mübarizədə ÜST-ün səylərini isə yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …