Şənbə , 7 Mart 2026
Drone Cameras

Hikmət Hacıyev: “Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik”

“Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: “Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi”.

H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: “Biz orada Azərbaycan mədəni isrsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları azad edilən ərazilərə cəlb etmək istəyirik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün UNESCO-ya müraciət etmişik. UNESCO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir”.Bizim Twitter səhifəmizə abunə olun

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …