Cümə , 27 Sentyabr 2024
Drone Cameras

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”

“İndi mən camaatın üzünə necə çıxım?”

“Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuna uyğun olaraq bütün məsələlər barədə fikirlərini bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququnu həyata keçirən müttəhim kimi danışıram. Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var… Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki…”

Boyukmillet.com xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, çıxışdan sonra saytlarda tənqid və təhdid olunub: “Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq ya yox? Bu il deputatı olduğum seçki dairəsinin əhatəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə necə çıxım? Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular… Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz”.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir